Tarixin 4 mayı...

MARAQLI
15:00 / 04.05.2026
117

Bu gün tarixin vərəqlərində 4 maydayıq...

Hit.az bildirir ki, bu gün də ölkə və dünya üçün bir sıra əhəmiyyətli hadisələr baş verib.

Bir çox tarixi şəxsin doğum, bir o qədərinin də vəfat günü 4 maya təsadüf edir. Həmçinin, bu gün Yaponiyada Yaşıllıq Günü kimi qeyd olunur. İndi isə tarixin 4 mayına nəzər salırıq...

4 mayda baş verənlər:
1904-cü ildə ABŞ Panama kanalının tikintisinə başlayıb. 1904-cü ildə Almaniyanın “Şalke 04” futbol klubu qurulub. 1924-cü ildə Parisdə Yay Olimpiadası keçirilib. 1930-cu ildə Mhatma Qandi həbs olunub. 1931-ci ildə Mustafa Kamal Atatürk 3-cü dəfə Türkiyə Prezidenti seçilib. 1953-cü ildə Ernest Heminquey “Qoca və dəniz” əsərinə görə Pulitser mükafatını qazanıb. 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. 2014-cü ildə Bakıda 2014 Taekvondo üzrə Avropa Çempionatının açılışı olub.

4 mayda doğulanlar:
1989-cu ildə İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi, çavuş Arəstə Baxışova, 1862-ci ildə dövlət xadimi Əlimərdan bəy Topçubaşov, 1942-ci ildə dövlət xadimi Fərrux Zeynalov və 1972-ci ildə jurnalist Rövşən Əsgərov dünyaya gəlib.

Dünyada isə 1881-ci Rusiyanın dövlət xadimi Aleksandr Kerenski, 1928-ci ildə Misirin 4-cü prezidenti Hüsnü Mübarək, 1930-ci ildə əfsanəvi müğənni Maykl Ceksonun anası Ketrin Cekson, 1934-cu ildə rus aktrisa Tatyana Samoylova, 1939-cu ildə israilli yazıçı Amos Oz, 1944-cü ildə argentinalı aktrisa Telma Tiksu, 1987-ci ildə ispan futbolçu Sesk Fabreqas, 1988-ci ildə belçikalı futbolçu Raca Nainqqolan, 1989-cu ildə türkiyəli aktrisa Burcu Biricik və 1997-ci ildə türkiyəli aktrisa Bahar Şahin doğulub.

4 mayda vəfat edənlər:
1983-cü ildə Əməkdar artist, aktyor Fateh Fətullayev, 2016-cı ildə Xalq şairi Söhrab Tahir və 2018-ci ildə Xalq artisti, aktyor Fuad Poladov vəfat edib.

Həmçinin, 1615-ci ildə niderlandlı yazıçı Adrien van Romen, 1938-ci ildə yapon cüdoçu Kano Ciqoro, 1955-ci ildə rumıniyalı bəstəkarı Corce Enesku, 2001-ci ildə türk pilot Ləman Altınçəkic və 2014-cü ildə rus aktrisa Tatyana Samoylova dünyasını dəyişib.

Pərviz
 

0