ÖLKƏ
17:00 / 14.10.2021
844

16 gün sonra doğum gününü qeyd edəcəkdi, qəzada öldü (FOTO)

Xəbər verdiyimiz kimi, dünən Bakıda - aeroport yolunda baş verən ağır yol qəzası nəticəsində ölən və yaralanan şəxslərin adları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər arasında Buzovna Sanator-Kurort Reabilitasiya Mərkəzinin əməkdaşı Babayeva Kəmalə Eloğlan qızı da var. K.Babayeva qəza zamanı avtobusdakı sərnişinlərdən biri olub. 

1985-ci il təvəllüdlü K.Babayeva oktyabr ayının 29-da doğum gününü qeyd edəcəkmiş. 

Qeyd edək ki, dünən saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi "Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi "Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çarpılan, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb. Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

4