Azərbaycanlı aparıcı Türkiyə kanalında veriliş açdı (FOTO/VİDEO)

ÖLKƏ
15:45 / 16.10.2021
1435

Azərbaycanlı televiziya aparıcısı Şəbnəm Naibli Türkiyə kanalında veriliş açıb.

Hit.az xəbər verir ki, verilişin əsas məqsədi Azərbaycan tarixini, onun adət və ənənələrini, milli mətbəxini və tanınmış şəxsiyyətlərini dünyaya tanıtmaqdır. Verlişin ilk buraxılışında Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri və 44 günlük zəfər yolundan söhbət açılır.

"Biz-Bizə” adlanan verliş qonaqlarının səmimi söhbəti ilə bu bazar "Kanal26” kanalında yerli vaxtla saat 11:00 da efirdə olacaq.

0