Binəqədidəki bu bina narkomanların yuvasına çevrilib - VİDEO

ÖLKƏ
12:35 / 01.12.2023
414

ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sahibsiz qalan və narkomanların toplaşdığı bina haqqında sujet efirə gedib.

Sözügedən bina Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 53a ünvanında yerləşir.

Bakıda şəhərin mərkəzində yerləşən bu bina indi narkomanların yuvasına çevrilib. Bir müddət əvvələ kimi məcburi köçkünlərin yaşadığı binada indi narkomanlar gecələyir. Ərazidə yaşayan sakinlər artıq bu vəziyyətdən narahat olduqlarını qeyd ediblər. Vəziyyətin həqiqətən də acınacaqlı olduğu videomaterialdan açıq-aydın görünür.

Daha ətraflı video məlumatları təqdim edirik:

0