Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndəki araşdırma ciddi qanun pozuntuları ortaya çıxarıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toplanmış ilkin sübutlar əsasında cinayət işi başlanıb. Araşdırmadan sonra qurumdakı qanunsuzluqlar aşkar edilib, rüşvət alma halları ortaya çıxıb.
“Avtomobil Yollarının Mühafizə Xidməti”ndə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hazırda Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət təqibi aparılır.
Rüşvət faktları ilə bağlı idarənin çoxsaylı əməkdaşının ifadəsi alınıb, bəzi məsul şəxslərə ölkəni tərk etməmək tapşırılıb.
Qeyd edək ki, sözügedən idarənin rəisi 20 il Səftər İsmayılov olub. O, ötən ay vəzifəsindən azad edilib. İdarədə araşdırma aparılması ilə bağlı isə prokurorluğa Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi (AAYDA) özü müraciət edib.


