TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu

ÖLKƏ
18:40 / 20.08.2026
69

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Murad Mirzəyev İcbari Sığorta Bürosunda (İSB) fəaliyyətə başlayıb.

O, müvafiq əmrlə fəaliyyətini İSB-də Süni intellekt transformasiyası üzrə rəhbər vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, M.Mirzəyev 2022-2026-cı illərdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri işləyib. O, bir neçə ay əvvəl TƏBİB-dəki vəzifəsindən azad olunub.//İqtisadiyyat.az 
 

0