Xalq artisti Yeni Klinikaya təxliyə olundu

ÖLKƏ
13:36 / 25.08.2026
58

Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

Bu barədə HİT.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxs (qadın) daha ixtisaslı tibbi xidmət almaq üçün avqustun 24-də Yeni Klinikaya təxliyə olunub. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilir.

0