Xəzərdə iki qəsəbə nümayəndəsinə töhmət verildi
Xəzər Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işləri ilə bağlı müşavirə keçirilib.
Hit.az xəbər verir ki, müşavirədə rayon ərazisindəki nöqsanlar müzakirə olunub və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Nöqsanlara və ərazilərə nəzarətin zəif olmasına görə Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib. Buzovna və Türkan qəsəbələrinin nümayəndələrinə isə xəbərdarlıq edilib.
Digər qəsəbələrin nümayəndələrinə aşkar olunan nöqsanların qısa müddətdə aradan qaldırılması, təmizlik və abadlıq işlərinə nəzarətin gücləndirilməsi tapşırılıb.


