Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib.
HİT.Az xəbər verir ki, bununla da 83 həmyerlimiz vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada həyata keçirilir.