Yatmazdan əvvəl telefonu boş stəkana qoyun - SƏBƏB

MARAQLI
19:55 / 27.05.2023
590

Çox vaxt insanlar səhərlər zəngli saatı qoşsalar da yuxudan oyana bilmirlər.

Bu səsin istənilən tonda olmaması ilə əlaqəlidir. Belə ki, bir çox istifadəçilər zəngli saatın səsindən şikayətlənirlər. Səs səviyyəsi maksimuma qoyulsa belə, səhər saatlarında insanlar lazımi səs siqnallarını eşitmir.

Məlumata görə, telefonun səsinin daha yüksəkdən çıxmasının bəzi yolları var. Bunlardan biri də mobil cihazların gecə yatmazdan əvvəl boş stəkana qoyulmasıdır. Bu zaman zəngli saat daha güclü səslənəcək.

Qeyd edilir ki, mahnı səsini də artırmaq üçün də bu yoldan istifadə edilə bilər. Telefonu boş stəkana qoymaqla istənilən mahnılar kifayət qədər yüksək səslə dinləniləcək.//Lent.az 

0