Mövlud Süleymanlı “Şərəf” ordeni ilə təltif edildi

MƏDƏNİYYƏT
14:54 / 27.07.2023
478

Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, nasir, dramaturq və ssenarist olan M.Süleymаnlı 1943-cü il mаrt аyının 18-də anadan olub.

O, 1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2003-cü ildən Əməkdаr incəsənət хаdimi, 2006-cı ildən isə Аzərbаycаnın Xаlq yаzıçısıdır.

0