Romada imperator Neronun teatrının qalıqları tapıldı

MARAQLI
16:15 / 27.07.2023
489

İtaliyanın paytaxtı Romada imperator Nerona məxsus teatrın qalıqları tapılıb.

HİT.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Vatikan yaxınlığındakı Rovere sarayının həyətində arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı Roma imperatoru Neronun teatrının qalıqları üzə çıxıb.

Eramızdan əvvəl 54-68-ci illərdə imperator olan Neronun Qədim Romada tikdirdiyi özəl teatrın bir müddət mövcud olması ancaq qədim mətnlərdə adının çəkildiyi üçün bilinirdi.

Arxeoloqlar qazıntılar zamanı mərmər sütunlar, qızıl yarpaqlı stükka bəzəkləri və teatr dekorasiyası üçün istifadə olunan otaqlar tapıblar.

Roma Arxeoloji Saytının direktoru Daniela Porro bu tapıntını "fövqəladə əhəmiyyətli" adlandırıb.

Qazıntı işlərinin təşəbbüskarı olan arxeoloq Renato Sebastiani bildirib ki, Rovere sarayının altındakı arxeoloji kəşflər onlara qədim Romadan orta əsrlərə qədər olan geniş dövr haqqında çoxlu məlumatlar verib.

Rovere sarayında qazıntılar 2020-ci ildə başlayıb.

Samir

0