Qanda şəkəri ölçən cihazların cavabı düz olur?

18:34 / 21.05.2024
432

Bu gün müxtəlif adda qanda şəkəri ölçən cihazlar artır. Şəkər xəstəliyindən əziyyət çəkənlər həmin cihaz vasitəsilə sağlıqlarını daim kontrol edir. 

Ancaq mütəxəssislərin qanda şəkəri ölçən cihazları məsləhət bilmir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, şəkər ölçən cihazlarla diaqnoz qoymaq düz deyil. Bu cihazlar 10-15 faiz səhv qərar verir: 

“Bu diaqnoz yalnız laborator şəraitdə müəyyən olunmalıdır. Analiz götürülməli və diaqnoz buna əsasən qoyulmalıdır. Qanda şəkərin miqdarını mütləq normada saxlamaq lazımdır. Qanda şəkərin miqdarının normadan çox olması orqanların - böyrəklərin, gözlərin, aşağı ətraf orqanların fəaliyyətini sıradan çıxarır. Ümumiyyətlə, bu texnologiyanı heç bir sağlamlıq səbəbi olmadan istifadə etmək qida pozğunluğuna çevrilə biləcək hallara səbəb yarada bilər”. 

Sevinc

0