Damaqda yaranan infeksiyalardan xilas olmaq olmaq üçün nələr etmək lazımdır?

SAĞLAMLIQ
14:12 / 22.05.2024
583

İnsanları narahat edən bir çox sağlamlıq problemləri var. 

Onlardan biri də damaqlarla bağlıdır. Xüsusilə damaq infeksiyaları əksər insanları ciddi şəkiıdə narahat edir. Hətta bəzilərində buna görə kompleks də yarana bilir. Çünki damaq problemləri gülərkən və ya danışarkən özünü biruzə verə bilir. Bu isə insanın gün ərzindəki fəaliyyətinə mənfi təsir göstərir. 

Bəs damaqda yaranan infeksiyalarla necə mübarizə aparmaq lazımdır? 

İnfeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında damağı infeksiyalardan qorumaq üçün atılacaq addımlardan bəhs edib:

350919

"İlk növbədə profilaktik qaydalara riayət etmək lazımdır. Ağız boşluğunun baxımına fikir vermək, dişləri düzgün şəkildə fırçalamaq olduqca vacibdir. Həmçinin, qarqara edərək də infeksiyalardan qorunmaq olar. 

Eyni zamanda, immun sistemini də güclü saxlamaq və ya yanaşı xəstəliklərin kəskinləşməməsinə diqqət etmək mütləqdir. Bütün bu profilaktik tədbirlərlə damaqda infeksiyaların yaranmasının qarşısını almaq olar".

Həkim damağı infeksiyalardan təmizləmək üçün nələr edilməli olduğu barədə də danışıb:

"İnfeksiyanın nə və hansı xarakterli olduğu müəyyənləşdirilməlidir. Həmçinin, immun sisteminin aşağı düşməsi və yanaşı xəstəlik nəticəsində damaqda infeksiyanın yaranıb-yaranmadığını dəqiqləşdirmək lazımdır. Bunları nəzərə alaraq ona uyğun müalicəyə başlanılmalıdır".

Pərviz

0