Qaranlıqda televiziya baxmaq düzgündürmü?

SAĞLAMLIQ
22:15 / 22.05.2024
448

Bəzi insanlar qaranlıqda televizora baxmağı xoşlayır.

Qaranlıqda televiziya baxmaqdan zövq alan insanlar az deyil.

Ancaq həkimlər qaranlıqda televizora baxmağı məsləhət görmür. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qaranlıqda televizora baxmaq gözləri yorur, ən pis halda gözdibi, daxili təzyiqi yüksəldir, bu da görmənin pisləşməsinə, hətta qlaukomaya kimi gətirib çıxarır:

"İşığı söndürülmüş otaqda televizora baxmaq gözlərdə ciddi xəstəliklərə səbəb ola bilər. Bundan başqa  korluğa gətirib çıxardan yaşabağlı makula distrofiyaya meyilli olan adamlarda xəstəliyin inkişaf sürətinə təsir edir. Eləcə də daxili təzyiqi yüksəldir, bu da görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxardır. Yuxudan bir saat, yaxud saat yarım əvvəl də ekrandan istifadə düzgün deyil".

Sevinc

0