Biri yanınızda infarkt keçirərsə, nə etməli? - Ağrı şans sayılırmış

SAĞLAMLIQ
16:25 / 05.07.2024
384

Bu yaxınlarda bir toy məclisində idim. Qəfil birinin infarkt keçirdiyini dedilər. İnsanlar ətrafına toplaşdı və hərə bildiyi kimi yardım etməyə çalışdı. Təcili yardım həkimləri gələnə kimi biri xəstəni silkələdi, biri ayağa qaldırdı.. Həkim  isə dedi ki, köməkdən çox zərər vermisiniz.

Bəs infarkt keçirən adamın əlamətləri necə olur və ona necə kömək etmək olar?

Hit.az-a açıqlama verən kordioloq Ceyran Musayeva bildirib ki, 5 ürək infarktından biri əlamətsiz keçir. Ona görə həkimlər ağrını şans hesab edirlər:

“Ürək infarktının ən çox rastlaşdığımız əlaməti sol qola doğru yayılan sinə ağrısıdır. Ağrı şiddətli olur və bəzən mədə bulantısı, tərləmə, baş gicəllənmə kimi hallar da yaranır. Bəzi xəstələrdə infarkt nəfəs darlığına səbəb olur. İnfarkt ürəyi qidalandıran damarlardan birinin tıxanmasına görə baş tutur. Erkən müdaxilə olunmasa, oksigensiz qalan urək əzələsinin həmin hissəsi bir daha çalışmaz. İnfark keçirən xəstəyə nə qədər tez müdaxilə olunarsa , daha yaxşıdır. İnfarkt keçirənə kömək eləmək üçün öncə təcili yardıma xəbər verin. Xəstəni arxası ustə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzadın, tez-tez öskürmək xəstə üçün faydalıdır. Ayaqüstə durmaq olmaz. Bu zaman ağrı keçsin deyə duşa girmək, hər hansı idman hərəkəti etmək olmaz, bu hətta ölümə səbəb ola bilər. Varsa , 1 tablet aspirin qəbul etmək qanı duruldacaq.Xəstənin ayaqlarını qaldırın ki, ürəyinə daha çox qan getsin”, deyə həkim bildirib.

Murad
 

0