Paket çaylar içilməlidirmi?

SAĞLAMLIQ
23:12 / 05.07.2024
602

Çay gündəlik həyatımızda ən çox istifadə etdiyimiz içkilərdəndir.

Orqanizmin qidalanmasında çayın böyük əhəmiyyəti var.

Çaylar bir dəfəlik dəmlənmə (paket) formasında da istifadə olunur. 

Həkimlər qəti şəkildə paket çayların istifadə olunmasını düzgün hesab etmir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, paket çayların insan sağlamlığına mənfi təsiri var:

“Bu paketlərin hazırlanmasında plastik materialdan istifadə olunur. Həmin material da isti su ilə reaksiyaya girərək, nano hissəcik şəklində suya yayılır. Çayı içəndə də ziyanlı maddələr orqanizmimizə daxil olur. Hər gün paket çaylardan istifadə edən insanlarda tədricən ürək-damar sistemində tıxanıqlıq yaranır. Bu da bir çox hallarda ürəyin dayanmasına belə səbəb ola bilir”. 

Sevinc

0