Depressiyaya düşən insan bataqlıqdan necə çıxmalıdır ?

SAĞLAMLIQ
22:36 / 18.07.2024
326

"Depressiyaya düşən insanların bu ovqatdan çıxmasının ən gözəl yollarından biri televiziya proqramlarından və internetdən uzaq olmalarıdır. Ən yaxşı yol televiziyalara baxmamaq, insanı neqativə kökləyən aqressiv informasiyadan uzaq olmaqdır. Depressiyanın əsas motivi maddi durumdan daha çox stress mənbəyi olan kriminal informasiya və sosial şəbəkə asılılığıdır”. 

Bu sözləri Hit.az-a psixoloq Könül İsmayılova deyib.

O bildirib ki, gənclər arasında depressiyanın motivi, səbəbi sosial şəbəkələrdir və informasiya resurslarının yaydığı kriminal və digər xarakterli informasiyalardır: 

"Son illər depressiyadan əziyyət çəkən insanların sayı çoxalır. Ancaq bizdə deyil, bütün dünyada bu hal yaşanır. İllər əvvəl insanların depressiyaya düşməsinə az-az təsadüf edilərdi. Keçən illərin statistikası göstərir ki, bu hallar keçmişdə nadir olub. Çünki o dövrdə insanlar mənfi emosiya aşılayan informasiyalardan xəbərsiz idilər, bundan başqa, münasibətlər taraz idi. Ailədə, cəmiyyətdə, bir sözlə, hər yerdə insanlar bir-birinə dözümlü yanaşır, fikirlərini başqa istiqamətə yozmurdular. Bu gün insanların bir-birinə münasibətində, demək olar ki, keçən vaxtlardakı səviyyədə səmimiyyət yoxdur. Get-gedə insanların bir-birinə dözümlü münasibətləri kölgəyə çəkilir. Bu çox mənfi tendensiyadır".

Sevinc

0