Koronavirusun yeni mutasiyası yaranacaq? - İnfeksionist danışdı

SAĞLAMLIQ
14:45 / 23.07.2024
394

Son vaxtlarda dünyada koronavirusa yoluxma halları minimum həddə qədər düşüb. 

Analoji vəziyyət ölkəmizdə də müşahidə olunur. Lakin son illərdə payızdan etibarən sözügedən virusun yenidən aktivləşməsinə şahidlik etmişik. Xüsusilə yay aylarından sonra gələn soyuq havalarda COVID-19-un yeni mutasiyaları ilə qarşılaşmışıq. 

Maraqlıdır, bu ilin payızında koronavirusun yeni mutasiyasının yaranma və yayılma ehtimalları var? 

İnfeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında bildirib ki, yaşadığımız müddətdə viruslar və bakteriyalar var olacaq:

354677

"Ona görə də yeni virusların və ştammların yayılması qaçılmazdır. Bu, koronavirusa da aiddir. Təbii ki, bunlar olacaq. Amma sırf koronavirusun yeni mutasiyalarının yaranma ehtimalı ilə bağlı indidən dəqiq bir şey deyə bilmərik". 

Həkim qeyd edib ki, mövcud vaksinlər yeni gələcək ştammlara uyğun deyil:

"Amma yenə də özümüzü qorumalıyıq. Düzdür, nə olacağını bilmirik. Buna baxmayaraq, profilaktik tədbirlərlə özümüzü və yaxınlarımızı qorumağımız mümkündür. Əl gigiyenasına riayət etməli, sosial məsafəni qorumalı, təmiz havada gəzməli, düzgün qidalanmalı, bol miqdarda meyvə-tərəvəz və maye etməliyik. Bunları etməklə nəinki koronavirusun yeni ştammlarından, hətta digər viral xəstəliklərdən də qoruna bilərik".

Pərviz

0