Anomal istilərdə nələrə diqqət edilməli?

SAĞLAMLIQ
21:15 / 06.08.2024
380

Azərbaycan ərazisində son günlər müşahidə edilən anomal istilər hələ bir müddət davam edəcək. 

Anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar (xüsusilə də, meteohəssas insanlar) üçün xüsusilə əlverişsiz olur. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, isti havada uzun müddət açıq havada qalmaq məsləhət deyil:

 “İsti günlərdə ürək xəstəliyi olan insanlar, ilk növbədə, qəbul etdikləri qidaya diqqət yetirsinlər. Xüsusilə də  ortayaşlı insanlar qida rasionundan kərə yağını çıxartmalı, mal əti və ondan hazırlanan yeməklərdən uzaq durmalıdırlar. Daha çox meyvə-tərəvəzdən hazırlanan yeməklərə üstünlük verilməlidir. Yay aylarında ürək xəstəlikləri olanlara havanın sərin vaxtı, səhər və axşam saatlarında gəzintiyə çıxmaq da faydalıdır. Yayın isti günlərində günəş şüalarının təsirindən daha çox ehtiyatlanmaq lazımdır.
Çünki günəş şüaları açıq havada uzun müddət olan hər kəsə pis təsir göstərə və günvurmaya səbəb ola bilər”.

Həkim onu da əlavə edib ki, isti hava şəraitində tənəffüs sistemində problemi olan xəstələr də özlərini pis hiss edirlər. Bu, onların psixologiyasına mənfi təsir göstərir.

Sevinc

0