Aşağı kalorili dondurma və şəkər əvəzediciləri olan digər məhsulların həddindən artıq istehlakı narahatlıq, əhval dəyişikliyi və həzm problemlərinə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə amerikalı psixoloq Sara Cefris "Daily Mirror"a danışıb.
Həkimin fikrincə, aşağı kalorili qidalar, pəhriz içkiləri və hətta diş pastası qəbul etdikdən sonra emosional fonda mümkün dəyişiklik onların tərkibindəki müəyyən komponentlərin təsiri ilə bağlıdır.
Bəzi araşdırmalar göstərib ki, süni dadlandırıcılar və şəkər əvəzediciləri insanlarda narahatlıq yarada bilər. Cefris məhsulların dadını, görünüşünü yaxşılaşdırmaq və saxlama müddətini uzatmaq üçün zəruri olan bu əlavələrin psixi sağlamlığa mənfi təsir göstərə biləcəyinə aydınlıq gətirib.
Bəzi həkimlər həmçinin qeyd edirlər ki, tatlandırıcılar baş ağrısı, həzm problemləri, ümumi pozğunluq, yaddaş və konsentrasiya problemlərinə səbəb ola bilər. Süni dadlandırıcıların mənfi təsirlərindən qorunmaq üçün qida rasionunuza probiyotiklərlə zəngin təbii qidaları daxil etmək, təzə meyvə və tərəvəz qəbulunu artırmaq tövsiyə olunur. Həmçinin, dondurma və digər aşağı kalorili şəkərli qəlyanaltılara həddən artıq aşiq olmaqdan çəkinin.
Samir