Əncirlə bunu edin və bir çox problemdən XİLAS OLUN

18:59 / 09.09.2024
251

Bu gün əncirin bilmədiyiniz faydalarından bəhs edəcəyik. 

Hit.az bildirir ki, bu meyvəni üzünüzə sürtərək də faydalarından yararlana bilərsiniz. 

Əgər üzünüzdə sivilcə və sızanaq varsa, eləcə də dəriniz solğundursa, bu metoddan istifadə etməyi yoxlayın. Hətta mütəxəssislər də incirin bu faydalarını xüsusi vurğulayırlar. 

Deməli, ənciri dilimləyərək və ya əzərək üzünüzə sürtün. Bir neçə dəqiqə keçdikdən sonra üzünüzü ilıq su ilə yuyun. Həmçinin, əzilmiş ənciləri yoğurt və balla qarışdıraraq maska hazırlaya bilərsiniz. Onu üzünüzə tətbiq etdikdən sonra isə 15-20 dəqiqə gözləyin, ardınca ilıq su ilə yuyun. 

Qeyd edək ki, əncirin tərkibindəki yüksək su miqdarı və təbii şəkər cildinizi nəmləndirir. Onun tərkibində A, C və E vitaminləri, habelə kalium, maqnezium və sink kimi minerallar var. Bu qidalar isə dərinin sağlamlığını dəstəkləyir və dəri toxumasını yaxşılaşdırmağa kömək edə bilər. Bundan başqa, əncirin tərkibində olan təbii turşular və fermentlər yumşaq soyuma effekti verir.

Pərviz

0