Bu gün qan azlığından əziyyət çəkənlərə çuğundur şirəsi işmək tövsiyyə olunur.
Hit.az xəbər verir ki, çuğundur şirəsi xüsusilə faydalıdır.
Müəyyən edilib ki, çuğundur şirəsi qəbul edən insanlarda qan təzyiqi normallaşır. Bu təsir çuğundurun və ya onun şirəsinin mütəmadi olaraq qəbulunun dayandırılmasından sonra üç aya qədər davam edir.
Kök şirəsi ilə qarışdırılan çuğundur şirəsi qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır.
Çuğundur suyu qan damarlarını genişləndirən və qan təzyiqi səviyyəsini aşağı salmağa kömək edən azot oksidi ilə zəngindir.
Tədqiqatlar göstərir ki, çuğundur suyunun müntəzəm istehlakı hipertoniyaya müsbət təsir göstərə bilər.
Sevinc