Sınıqçılara can etibar etmək olar?

SAĞLAMLIQ
20:05 / 12.09.2024
250

Azərbaycanda, xüsusən də bölgələrdə əli, qolu çıxan və ya ayağı sınan insanların bir çoxu həkim əvəzinə, sınıqçıya üz tutur. 

Sınıqçılıq - el arasında yayılmış xalq təbabət üsulları ilə müalicə növüdür. XXI əsrdə yaşamağımıza baxmayaraq,  hələ də çöpçü və sınıqçıdan mədət uman insanlar var.

Xatırladaq ki, sentyabrın 9-u sınıqçı Nərgiz İmanova 2 yaşlı körpəni masaj edərkən azyaşlı ölüb.

Sınıqçı, çöpçü kimi tanınan şəxslərə nə dərəcədə etibar etmək olar?

Professor, həkim Adil Qeybulla Hitaz-a açıqlamasında bildirib ki, insanların sınıqçılara üz tutmasının səbəbi onların cahilliyindən irəli gəlir: 

“Tibbin inkişaf etdiyi vaxtda insanların sınıqçı qapısına getməsi təəssüf doğurur. Sınıqçı və ya çöpçülərin gördüyü işlər xoşagəlməz nəticələr də yarada bilirlər. Çünki müəyyən situasiyalara görə aseptika, antiseptika, sterillik və s. gözlənilməlidir”.

Sevinc

0