Hamilələr üçün ən yararlı meyvə - Avokado

SAĞLAMLIQ
18:35 / 13.09.2024
265

Hər bir bitkinin tərkibi vitamin və minerallarla zəngindir. Avakado vitaminlərlə zəngin meyvədir.

Hit.az xəbər verir ki, digər meyvələrə nəzərən avakadoda yüksək miqdarda C vitamini mövcuddur.

Bu meyvənin tərkibində "lutein" və "zeaksantin" adlı maddələr gözləri müxtəlif xəstəliklərdən qoruyur. 

Avokadonun ehtiva etdiyi "karotenoid" maddəsi gözlərin daha yaxşı görməsini təmin edir.

Avokado hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və döl normaldan daha çox fol turşusu qəbul etməlidir. 

Bir ədəd avokadoda da həm hamilə qadın, həm də  döl üçün zəruri olan fol turşusunun 25 faizi var.

Sevinc

0