Nə zaman UZİ-dən keçmək lazımdır?

SAĞLAMLIQ
23:14 / 14.10.2024
187

Daxili orqanlarımızdab olan xəstəlikləri aşkarlamaq üçün tibb sahəsində ən sıx müraciət olunan diaqnostik müayinə üsulu USM-dir. (Ulturasəs müayinəsi). Ulturasəs müayinəsi zamanı ultradalğaların köməyi ilə daxili orqanlara baxmaq və onları müayinə etmək olur.

Maraqlıdır, el dilində “Uzi” kimi tanınan USM müayinəsinə nə zaman girmək lazımdır?

Hit.az-a açıqlama verən terapevt Səbinə Babayeva deyib ki, USM üçün əsas bir neçə səbəblər var:

“Bunlardan biri hamiləlik zamanı yeni doğulacaq körpənin və ananın sağlamlıq vəziyyətini təqibdə saxlamaqdır. Daha sonra, böyrəklərdə, qaraciyərdə, dalaqda, mədəaltı vəzidə, sidik kisəsinin fəaliyyətini yoxlamaq, öd kisəsində daşın olub-olmamasını,  Prostat və ginekoloji bölgələrdəki xəstəliklərin araşdırılması üçün istifadə edilir”.

Murad


 

0