Koronavirus haqqında illər əvvəl məlumat verən roman 80 min nüsxə satıldı

MƏDƏNİYYƏT
11:29 / 10.05.2020
2417

Amerikalı yazıçı Lavrens Rayt (Lawrence Wright) “Oktyabrın sonu” (“The End of October”) adlı romanı həftənin ən çox satılan kitabı kimi rekord qırıb.

“The Sun” bildirir ki, Lavrens Rayt hələ 2013-cü ildə koronavirus pandemiyası haqqında bu romanda məlumat verib. Amma romanın ana xəttini “Konqoli qripi” adlı virus təşkil edir. Koronavirus isə adıçəkilən qripdən əvvəl yayılan xəstəlik kimi göstərilir.

Ədəbiyyat yazarları və fikir adamları hesab edir ki, irland əslli yazıçı koronavirusdan sonrakı pandemiyanın adı məhz “Konqoli qripi” ola bilər. Koronavirus adlı epidemiya haqqında isə hələ romanın əvvəllərində məlumat verilir.

Məlumatda qeyd olunur ki, “Oktyabrın sonu” 80 min tirajla çap edilib və hamısı axıncı 10 gün ərzində satılıb. Ümumilikdə əsər 2013-cü ildən bəri 21 dəfə təkrar nəşr olunub.

0
Modern.az