“Vətən müharibəsi – 44 günlük savaş” filmi üçün tender keçirildi

MƏDƏNİYYƏT
15:39 / 20.04.2021
1206

Мədəniyyət Nazirliyinin "Salnaməfilm” studiyası "Vətən müharibəsi (İkinci Qarabağ Müharibəsi) – 44 günlük savaş” sənədli filminin istehsalı üçün çəkiliş avadanlıqlarının icarəsi və müxtəlif xidmətlərin satın alması müsabiqəsinə yekun vurub. 

HİT.Az xəbər verir ki, tenderin qalibi Bakı Media Mərkəzi MMC olub.

Tenderin məbləği 84 min 16 manat təşkil edib.

0