"İstəmirəm kimsə gəlib haqqımda çıxış etsin, məni tərifləsin" - Xalq artisti

MƏDƏNİYYƏT
17:43 / 08.05.2023
483

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın yubileyi keçiriləcək.

Bu barədə HİT.az-a aktrisanın özü məlumat verib. Mayın 28-də ad günü olan aktrisanın eyni zamanda səhnə fəaliyyətinin də 40 ili tamam olacaq:

“Teatr yubileyimi keçirmək istəyirdi, amma mən razı olmadım. İstəyirəm hər iki yubiley bir hesabat tamaşası kimi qeyd edilsin. Həyat qəribədir, insanlar dünyalarını tez dəyişir, bilmirsən sabah nə olacaq. Odur ki, mən bu yubileyi istədiyim kimi keçirtmək istəyirəm. İstəmirəm kimsə gəlib mənim haqqımda çıxış etsin, tərifləsin. Həmin günü tamaşaçılarımla görüşmək istəyirəm, özü də yeni bir obrazla”.

Naibə Allahverdiyeva yubiley hədiyyəsi olaraq yeni bir əsərə quruluş verilməsini və özünün baş rolda oynamasını arzu edir:

“Bir neçə əsər seçmişəm, amma qərar verilməyib. Tamaşa güman ki, sentyabrda təqdim olunacaq. Həmin günü yubiley münasibəti ilə ancaq tamaşaçılarımdan alqış gözləyirəm. Bu özəl bir gecədir, ətrafımda ancaq sevdiyim insanları görmək istəyirəm. Yubileyim münasibəti ilə hazırlanacaq tamaşa rejissor Nicat Kazımovun quruluşunda olacaq. Nicat mənə bununla bağlı söz verib”.

Azra

0