Varlığım çox müğənniləri narahat edib - İntiqam Kərimov

MƏDƏNİYYƏT
18:53 / 13.06.2024
1148

“Mən Azərbaycana gələndə varlığım bir çox müğənniləri, Xalq artistlərini, böyük sənətkarları narahat etmişdi. Çünki mən fərqlənirdim. Hamıdan seçilirdim”.

Bu fikirləri Hit.az-a estrada müğənnisi İntiqam Kərimov səsləndirib:

"Hansı konsertə adım salınırdısa , məni oradan çıxarırdılar. Dəfələrlə fəxri ada namizədliyim verilmişdi. Amma kimlərinsə göstərişi ilə adımı o siyahılardan çıxarmışdılar. Opera teatrında işə başladım, öz müəllimim dedi ki, sən bura nahaq gəlmisən, çörəyimə bais olacaqsan. Çox uzun illər sonra Xalq artisti Yalçın Rzazadə mənə dedi ki, sənin yoluna qəsdən daş qoyanlar olub, mən bunu bilirdim amma nə sənə dedim,  nə mane oldum. Mənə halallıq ver”,- deyə o bildirib.

Murad

0