"Aktyor qocalsa da, gərək köhnəlməsin" - Cəfər Namiq Kamal

MƏDƏNİYYƏT
19:05 / 20.06.2024
844

"Yaxşı aktyor olmaq üçün təkcə istedad kifayət eləmir.Yaşın fərqi yoxdur, aktyor daim öz üzərində işləməli yeniliklər eləmlidir. Gərək yaşlansan da, köhnəlməyəsən".

Bu fikirləri Hit.az-a Xalq artisti Cəfər Namiq Kamal səsləndirib.

"Gözümü açandan aktyorluqla məşğulam. Aktyor insan mühəndisidir, biz də Tanrı kimi insan, obraz yaradırıq. Buna görə hər xarakteri tapmaq, onun yerişi, duruşu, mimikaları üzərində uzun uzadı işləmək lazımdır. Bir rol üzərində tapıntılar etmək, məşq prosesi bu işin ən sevdiyim cəhətidir. Həyatda nə qədər susqunamsa, səhnədə bir o qədər enerjiliyəm" -deyə o əlavə edib.

Murad

0