“Teatrımızın kateqoriyası artırılsa, vəziyyətimiz yüngülləşər” - Xalq artisti

MƏDƏNİYYƏT
15:02 / 20.09.2024
403

Sumqayıt Dövlət Teatrı illərdir  birinci kateqoriya statusundadır. Buna görə maaşlar çox aşağıdır. İllər öncə bizə kateqoriyanın artırılacağı söz verilsə də, hələlik dyişən bir şey yoxdur”.

Bu fikirləri Hit.az-a teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov səsləndirib:

“Aktyor sənəti xüsusi qayğı tələb edir. Universiteti qurtaran gənclər əyalət teatrlarına getmək istəmirlər. Ona görə əyalətlərdə teatrlarda ştata qeyri peşəkarları götürməli olurlar. Hətta belə bir təklif var ki, 5 il əyalət teatrında işləmiş aktyorlar İncəsənət universitetinə əyani daxil olub, diplom alsınlar. Bu özlüyündə pis təklif deyil. Mən isə teatrlarda attestasiyanın tərəfdarıyam. İstedadsız adamlar səhnədən uzaqlaşdırılmalıdır”- deyə o qeyd edib.

Murad

0