"Mən zamanə adamı deyiləm" - Epizodik rolların mahir ifaçısı

MƏDƏNİYYƏT
20:50 / 25.09.2024
39

“Hərdən dostlarım mənə deyirlər ki, sən zamanə adamı deyilsən sanki. İndi sosial şəbəkələr vasitəsilə ən adi insanlar belə 3 günə populyarlaşır. Amma mən ömrümün 26 ilini səhnəyə həsr etmiş bir adam olaraq, çəkilmişəm kənara. Nə şöhrətə can atıram, nə məşhurluğa. Amma sənətim bunu tələb edir”.

Bu fikirləri Hit.az-a Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Şıxalıyev səsləndirib.

“Müxtəlif seriallarda rol almışam. Amma teatr mənim üçün daha əzizidir. Bir dəfə “Ata ocağı” serialındakı  roluma görə ölümlə təhdid olunmuşam. Orada ailənin gəlininə sataşmış əclaf kişi rolunu oynamışdım. Bu rola görə mənə deyilməyən söz qalmadı. Zəng edib  təhdid edirdilər”, deyə aktyor qeyd edib.

Murad

0