"Mahnılarımı azərbaycanlılara həsr edirəm" - Peyman Keyvani

MƏDƏNİYYƏT
19:49 / 25.09.2024
539

"Əslən azərbaycanlı olsam da, Azərbaycanda olmamışam. İrana gələn azərbaycanlılar orada mahnılarımın çox məşhur olduğunu deyəndə sevindim".

Bu fikirləri Hit.az-a İranda yaşayan Azərbaycan əsilli müğənni, xüsusi səs rəngi, avazı ilə seçilən Peyman Keyvani səsləndirib:

“Şəbnəm Tovuzlu ilə “Dumanlı şəhər” mahnıma görə bir az problem yaşamışdıq. O zaman insanların bu mahnını nə qədər çox sevdiklərini görmək, bilmək xoşuma gəldi. İranda konsertlərim olub. Bir gün Bakıda da olsun istərəm. Cənubi Azərbaycandan olan bir neçə müğənninin Bakıda məşhurlaşmasından da xəbərim var. Mənə də qismət olar. Bütün mahnılarımı təmiz Azərbaycan dilində oxuyuram. Onların hamısını o taylı, bu taylı Azərbaycana həsr edirəm".

Murad

0