İradə Musayeva vəfat etdi

MƏDƏNİYYƏT
16:32 / 06.02.2025
774

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva dünyasını dəyişib.

HİT.az xəbər verir ki, bu barədə Kulis.az-a onun yaxınları məlumat verib.

Qeyd edək ki, İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. Xeyli sayda monoqrafiya, elmi məqalələrin və tədris metodik vəsaitlərin, proqramların müəllifidir.

0