Türkiyənin “TRT1” telekanalının iddialı serialı “Teşkilat”da mövsüm sonunda ayrılıqlar yaşanacaq.
Hit.az xəbər verir ki, baş rol Rabia Öztürklə yollar ayrılacaq.
“Hilal” obrazı ilə izləyicilərin qarşısına çıxan aktrisaya münasibət birmənalı deyildi. Hətta Aybüke Pusatdan sonra onun seçilməsi təpkilərə də səbəb olmuşdu. Verilən qərara əsasən, “Hilal” obrazı 7-ci mövsümdə olmayacaq. Bundan başqa “Cevher” obazına həyat verən Erkan Bektaş və layihənin “Rutkay”ı Serhat Tulumer də seriala vida edəcək. Başqa məşhurlarla da yolların ayrılması gündəmdədir.
Qeyd edək ki, “Teşkilat” 184-cü bölümü ilə 7 iyunda mövsüm finalı edəcək.
Aslan


