Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”in baş rolları Ozan Akbaba və Gonca Cilasun daha bir layihədə birlikdə çəkiləcəklər.
Hit.az xəbər verir ki, sənətçilər Ozan Akbabanın ssenarisini yazdığı və baş rolda çəkildiyi “Çırak” serialında rol alacaqlar.
“Tabi”də yayımlanan layihənin ikinci mövsümünə Gonca Cilasun da daxil olacaq. O, “Nigar” obrazına həyat verəcək.
Qeyd edək ki, Ozan Akbaba (Cihan) və Gonca Cilasun (Sadakat) “Uzak Şehir”də ana-oğul obrazlarını canlandırırlar.
Aslan


