“Arka Sokaklar”ın gələcəyi ilə bağlı MÜƏMMA

MƏDƏNİYYƏT
10:20 / 21.05.2026
113

Ötən axşam Türkiyənin “Kanal D” telekanalının əfsanəvi serialı “Arka Sokaklar”ın final edəcəyi xəbərləri yayılıb.

Hit.az xəbər verir ki, bu gözlənilməz qərar şok effekti yaradıb.

Çünki daha əvvəl serialın 21-ci mövsümünün də çəkiləcəyi açıqlanıb. Hətta məlumatda aktyorlara yeni mövsümdə başqa serialda çəkilə biləcəklərinin də deyildiyi bildirilib. Lakin qısa zamanda gündəm olan xəbərin ardından fərqli gəlişmələr də yaşanıb.

Belə ki, bununla bağlı layihə rəhbəri Türkər İnanoğlu ilə “Kanal D” rəhbərliyi arasında toplantı keçirilib. Toplantıda “Arka Sokaklar”ın mövsüm finalı etməsinə qərar verilib. Ancaq serialın 21-ci mövsümünün çəkilib-çəkilməyəcəyi bəlli deyil. 

Kanal rəhbərliyi sentyabr ayındakı vəziyyətə əsasən “tamam və ya davam” qərarını verəcəklərini deyib. Yəni sentyabrda uyğun şərtlər formalaşsa, əfsanəvi ekran işi davam edəcək. Əks təqdirdə isə 5 iyunda yayımlanacaq bölüm final olaraq qəbul ediləcək. 

Aslan

0