Hollivud üçün bir film həm maraqlı hekayə, həm də realist mühit deməkdir.
Türkiyə vizual təsir və həqiqi hekayə yaratmaq üçün onların tez-tez üz tutduğu ölkələrdən biridir. Bu təsadüfi deyil ki, bir çox Hollivud filmlərinin bəzi kadrları məhz burada çəkilib. Bunun bir çox səbəbi var. Türkiyə həm Avropa, həm də Asiya atmosferini təqdim etdiyi üçün əlverişli çəkiliş məkanı hesab olunur. Bu da rejissorlar üçün böyük üstünlükdür.
Digər vacib nüans isə tarixi zənginlikdir. Topqapı Sarayı, bəylərbəyi sarayı kimi yerlər sadəcə turistik məkan deyil, eyni zamanda filmlər üçün hazır dekorasiyadır. Həmçinin bura göz oxşayan dəniz sahilinin olması, qədim şəhər tərzi və müasir şəhər görünüşü yaratmaq üçün idealdır. Digər ölkələrlə müqayisədə Türkiyədə film ərsəyə gətirmək az xərc tələb edir. Xüsusilə İstanbul, Çanaqqala, Eminönü kimi yerlərdə olan səhnələrinin çoxluğu diqqəti çəkən ən vacib hissələrdən biridir.
Lakin Hollivud bəzi filmlərində Türkiyəni hər zaman möhtəşəm ölkə olaraq təqdim etməyib. Məsələn, “Midnight Express” filmində Türklər zalım, xarici vətəndaşlara qarşı pis davranışlı insanlar kimi göstərilib. Ölkə isə yaşamağa uyğun olmayan yer kimi təqdim edilib.
Digər vacib məqam isə çəkilən filmlərdə həqiqi rənglərdən qaçılır. Buna müxtəlif aspektdən rəy vermək olar. Yəqin ki, məqsəd izləyiciyə isti və eqzotik məkan effektini verməkdir. Onlarda artıq qərbdən çıxdın təhlükəli və isti ölkədəsən hissini yaratmaqdır. Bəlkə də Qərb burada Şərqi tozlu ölkə olaraq təqdim etmək istəyir, araşdırmalara görə sarı rəng insanlarda gigiyenik baxımdan uyğun olmayan, xəstəlik rəngi kimi tanınır. Ekran başından sarı filtrli filimləri izləyən biri, buraya səyahət etdikdə ağlında güvənsiz hiss edə bilər.
Nəticə olaraq, kino çəkilişlərindəki bu tip vizual görüntü müəyyən xalqlar haqqında fərqli düşünməyə səbəb ola bilər.
Arzu İbrəhimova


