Albaniya Prezidenti: “Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”

SİYASƏT
11:53 / 12.03.2023
647

“Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”.

“Report” xəbərinə görə, bunu Albaniya Prezidenti Bayram Beqay Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, tarixdə Heydər Əliyevin adı Azərbaycanın inkişafı ilə bağlıdır: "Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağldır".

Prezident qeyd edib ki, həm Albaniya, həm də Azərbaycan kommunist rejimlərin altında olub. Diktaturadan çıxmaq və ölkənin yaradılması xüsusi rəhbər tələb edirdi. Onun sözlərinə görə, Heydər Əliyev qarşısında duran bütün vəzifələrin öhdəsindən gələ bildi.

0