Rusiya estoniyalı diplomatı arzuolunmaz şəxs elan edib

SİYASƏT
17:52 / 31.03.2023
458

Rusiya estoniyalı diplomatı arzuolunmaz şəxs elan edib.

Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Martın 24-də Rusiya Federasiyasının Tallindəki səfirliyinin diplomatik əməkdaşı tərəfindən heç bir əsas olmadan arzuolunmaz şəxs elan edilməsi ilə bağlı Estoniya diplomatik missiyasının rəhbərinə kəskin etiraz bildirilib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Estoniyanın Moskvadakı səfirliyinin eyni ranqlı diplomatı Rusiyanı tərk etməlidir.

0