"Rusiyanın özünə aid qırmızı çizgiləri var" - Politoloq

SİYASƏT
16:47 / 22.11.2023
653

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar meydana gəldi. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqları geri qaytardı. 

Hazırda Cənubi Qafqaz regionunda nələr baş verir?

"Azərbaycanın Cənubi Qafqazda nüfuzunun yüksəlməsi və gücünün artmaqla yanaşı  təhdidləri də regiona gətirdi. Bu təhdidlər əsas da Qərb ölkərindən gəldi".

Bu sözləri  siyasi şərhçi Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib:

"Azərbaycan Ermənistan ilə sülh müaviləsi bağlamaq üçün öz səylərini göstərir. Lakin Ermənistan regiona Fransa və ABŞ kimi ölkələri gətirmək məqsədindədir. Məqsədin kökündə nə dayanır? Ermənistan siyasi xətt olaraq Qərb yolunu getmək istəyir. ABŞ və Fransa Rusiyanın Ermənistandan çıxarılması uğrunda mübarizə aparır. 102-ci hərbi bazanın Ermənistanda qalma müddəti  2044-cü ilədək olsa da , Qərb görünür daha çevik  hərəkət etmək istəyir”.

338371

Tağızadə bildirib ki, Ermənistan KTMT-nin yığıncaqlarına getməsə də rəsmi olaraq bu qurumun üzvüdür. Bu situasiyanın özü ondan xəbər verir ki, Ermənistan Rusiyadan tam olaraq asılılığını azaltmaq istəyir. 

"Yaxın gələcəkdə Rusiyanın Ermənistandan çıxacağı gözlənilirmi" sualını isə politoloq belə cavablandırıb:

“Fikrimcə, bu məsələdə Rusiyanın özünə aid qırmızı çizgiləri var. Əgər Ermənistan real olaraq Rusiyanın 102-ci hərbi bazasını regiondan çıxarmaq istəyərsə, bu situasiya Rusiyanın sərt müdaxiləsi ilə də nəticələnə bilər. Cənubi Qafqazın itirilməsi Rusiya üçün ciddi nüfuz itkisi ilə nəticələnə bilər. Buna görə də bu proseslərin olması Rusiya tərəfindən hesablanıb. 

Rusiya Cənubi Qafqazda Türkiyədən başqa dövlətin olması ilə hesablaşmır. Türkiyənin isə bu regionda manevr qabiliyyəti çox yüksək deyil. Baş verən hadisələrin fonunda Cənubi Qafqaz hal-hazırda güclü ölkələrin oyun sahəsinə çevrilib. Bu məsələdə kilid rolunu Ermənistan oynayır. Hadisələrin növbəti inkişafı regionda yeni reallıqları ortaya çıxara bilər”.

Gülnarə ƏMİRQIZI

0