Hikmət Hacıyev: Fransa Ermənistanın silahlandırılmasının arxasında duran əsas qüvvələrdəndir

SİYASƏT
10:59 / 12.12.2024
241

Minaların təmizlənməsi zəhmət və maliyyə tələb edir.

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bir çox hallarda mina qurbanları mülki insanlardır. Minalar mülki insanların azad ərazilərə qayıtmasını çətinləşdirir. Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil", deyə o əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır:

"Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir".

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur:

"Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir".


 

0