Daşkənddə İlham Əliyevin səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO

SİYASƏT
12:27 / 23.08.2026
47

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətilə qarşılanma bannerləri yerləşdirilib.

HİT.az "Report"a istinadən xəbər verir ki, bannerlərdən biri paytaxtın hava limanında quraşdırılıb.

Banner üzərində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın fotoları, həmçinin "Hörmətli cənab İlham Əliyevi, Azərbaycan Respublikasının Prezidentini Özbəkistan torpağında böyük məmnuniyyətlə salamlayırıq!" sözləri yer alıb.

0