Ucuz smartfonlar üçün yeni çip - “5G”ni dəstəkləyəcək

21:50 / 23.05.2020
1437

İnternet mənbələrində ucuz smartfonlar üçün beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən yeni "Qualcomm" mobil prosessoru haqqında informasiya dərc edilib.

Söhbət "sm6350" adı ilə göstərilən və əsasən ucuz qurğular üçün nəzərdə tutulan "Snapdragon 6-Series" çipindən gedir.

Məlumata görə, prosessorun konfiqurasiyasında səkkiz hesablayıcı nüvənin mövcudluğu nəzərdə tutulub. Bu, 2,25 QHs takt tezlikli iki məhsuldar nüvə və 1,80 QHs takt tezlikli altı enerji effektivliyi sinfinə malik nüvədir.

Qrafik altsistemin tərkibinə maksimal 850 MHs tezliyində işləyən "Adreno 615" sürətləndiricisi daxil olacaq.

Bildirilir ki, prosessorun rəsmi təqdimatının bu rüb ərzində keçirilməsi planlaşdırılır. Beləliklə, yeni platformalı ilk "5G" smartfonları ilin sonunda işıq üzü görə bilər.

"Strategy Analytics" analitik şirkətinin qiymətləndirməsinə görə, cari ilin birinci rübündə dünyada satılan "5G" smartfonlarının sayı 24,1 milyon təşkil edib. Bu, tədarük həcminin 18,7 ədədə bərabər olduğu 2019-cu ilin bütün satış həcmindən çoxdur.

0
ICTnews