"Facebook"dan istifadə edənlərə xəbərdarlıq - VİDEO

TEXNO
16:31 / 06.04.2021
1595

Hakerlər tərəfindən oğurlanan "Facebook” sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları müəyyən məbləğ qarşılığında satışa çıxarılır.

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında İKT üzrə ekspert Orxan Rzayev deyib.

"Hakerlərin "Facebook”da şəxsi məlumatları oğulaması hansısa ciddi təhlükə yaratmır. Çox güman ki, bu şəxsi məlumatlar reklam məqsədləri üçün satılır və ya istifadə olunur. Bunun üçün hakerlər tərəfindən paketlər hazırlanır. Bəzi məhdudiyyətlər olduğuna görə həmin paketləri hər kəs ala bilmir və bundan daha çox şirkətlər istifadə edir”, - ekspert bildirib.

O. Rzayev onu da qeyd edib ki, hakerlər bəzən bu məlumatları şantaj məqsədilə də istifadə edə bilər:

"Təbii ki, məlumatların oğurlanmasının təhlükəli tərəfi də var. Hakerlər bütün şəxsi məlumatları əlində olan şəxsi şantaj edə bilər. Bu səbəbdən istifadəçilərə şəxsi məlumatları mümkün qədər paylaşmamağı tövsiyə edirik. Çünki rəqəmsal platformadasınızsa, bütün davranışlarınız və şəxsi məlumatlarınız kiminsə əlinə keçə bilər”.

Qeyd edək ki, "Facebook”da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi arasında 99 472 min nəfər Azərbaycandan olub. Bu məlumatlar arasında istifadəçilərin e-mail ünvanları, nömrəsi, bioqrafiyası, doğum tarixi və digər məlumatlar var.

1