"WhatsApp"dan istifadəçilərə bəd xəbər

TEXNO
13:05 / 11.08.2022
4938

“WhatsApp” sosial şəbəkəsi istifadəçilərə yeni funksiyalar təqdim etməyə davam edir.

Qazet.az-ın məlumatına görə, “WhatsApp” bu dəfə yeni məxfilik xüsusiyyətlərini elan edib.

Məxfiliyə önəm verdiyini bildirən “WhatsApp”, illər ərzində öz-özünə məhv edilən zamanlı mesajlar, başdan-başa şifrəli ehtiyat nüsxələri, 2 addımlı doğrulama və arzuolunmaz söhbətləri bloklamaq və s. kimi yeni məxfilik xüsusiyyətləri əlavə edib.

Bundan əlavə o,  bir dəfə baxılan mesajlar üçün ekran görüntüsünün qarşısını alacaq yeni funksiya üzərində işləyir.

Daimi rəqəmsal qeydə ehtiyacı olmayan fotoşəkilləri və ya medianı paylaşmaq üçün istifadə edilən "Bir dəfə Bax" funksiyasında ekran görüntüsünün çəkilməsinin qarşısını almaq üçün aktivləşdirir.

"WhatsApp" hazırda bu funksiyanı sınaqdan keçirdiyini və tezliklə istifadəçilərə təqdim edəcəyini qeyd edib.

 

0