Elmlər doktoru Cıdır Meydanını məhkəməyə verib

18:40 / 15.05.2023
1529

Kənd Təsərrüfatı Nazirliyinin Bakı Cıdır Meydanı məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, iddiaçı Əliyeva Elmira Hacı Muradovnadır. 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Təfərrüatlar barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.  

Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Elmira Əliyeva apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Rafael Eyvazovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Elmira Əliyeva geologiya-mineralogiya elmlər doktorudur. 

Anar

0