"WhatsApp" hesablarına hücum nə ilə bağlıdır?

TEXNO
13:18 / 02.02.2024
1956

Məlum olduğu kimi, son günlərdə "WhatsApp" hesablarına kütləvi kiber hücumları olur. 

Öncə "WhatsApp Plus"la başlayan kiber hücumları normal "WhatsApp" tətbiqlərinə də sıçradı. Minlərlə vətəndaş "WhatsApp" hesablarının ələ keçirildiyinə dair mesajlar aldı. Hətta bəzilərinin bank kartlarından pulları oğurlandı. Artıq bununla bağlı vətəndaşlara xəbərdarlıq da olunub və ehtiyatlı olmaları tövsiyə olunub. 

Bəs "WhatsApp" hesablarına kütləvi kiber hücumun olması nə ilə bağlıdır? Bundan necə qoruna bilərik? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən İT mütəxəssisi Rəşad Əliyev bildirib ki, bu, standart hücum növləridir:

342922

"Bənzər hallar əvvəllər də olurdu. Sadəcə olaraq indi kütləvi hal alıb. Buna səbəb isə yəqin ki, internetdə haradasa nömrələrin sızması ilə bağlı ola bilər. Yəni xakerlər həmin nömrələri əldə edərək kütləvi hücumlara başlamış ola bilərlər".

Mütəxəssis qeyd edib ki, "WhatsApp" hesabını ələ keçirən şəxs onu tam idarə edə bilər:

"Yəni bütün göndərilən mesajlara, fotolara və fayllara baxa biləcək. Həmçinin, "WhatsApp"ı ələ keçirən şəxs nömrənin kontaktında olan insanlara və qruplara yaza bilər. 

Ona görə də də məlumatların ələ keçməməsi üçün tətbiqdə ikili qorumanı aktivləşdirmək lazımdır. Bundan başqa, "WhatsApp"ın qoşulduğu əlavə cihazlardan çıxmaq məsləhətdir. İlkin olaraq bu təhlükəsizlik tədbirlərini görmək tövsiyə olunur".

Pərviz

0