Almaniyanın nəhəng avtomobil istehsalçısı "Opel" yeni modelini satışa çıxarmağa hazırlaşır.
Hit.az xəbər verir ki, "Grandland" modeli yenilənib.
Belə ki, sözügedən modelin həm tam elektrikli, həm də hibrid versiyaları istehsal olunacaq. "Opel Grandland" avtomobilinin bu ilin payızında satışa çıxarılması gözlənilir. Bu modelin satış qiymətinin isə 50 min avrodan başlayacağı proqnozlaşdırılır.
Avtomobilin "PHEV" versiyasının sırf elektriklə idarə olunmaqla 85 km məsafə qət etmə potensialına sahibdir. Bu modelin hibrid versiyası 136 at gücünə sahib olacaq. Həmçinin, üç silindrli 1.2 benzin mühərriki və 48 Volt dəstəyi ilə təklif olunur. Eyni zamanda, 6 pilləli avtomatik transmissiya ilə birləşdirilən bu güc bloku hazırda "Corsa" və "Astra" kimi modellərdə istifadə olunur.
Avtomobilin "Long Range" versiyası 20 faizdən 80 faizə enerji yığması üçün isə sadəcə 30 dəqiqə bəs edir. Üstəlik, bu model 231 at gücünə malik mühərrik və 98 kVt/saat tutumlu akkumulyatoru ilə tam 700 km məsafə qət edə bilir.
"Standart Range" versiyası isə 213 at gücünə sahibdir. Bu avtomobillər 73 kVt/saat tutumlu akkumulyator sayəsində 504-524 km məsafə qət etməyi vəd edir.
Pərviz